Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Fransa Milli Assambleyasında (parlamentin aşağı palatası) bir qrup solçu deputat müzakirələr zamanı Fransua Bayru hökumətinə etimad səsverməsinin keçirilməsi üçün vəsatət qaldırıb.
APA xəbər verir ki, bu bəyanatı səsvermənin təşəbbüskarlarından biri olan “Fransa tabe olmayanlar” partiyası dərc edib.
Qərar fermerlər üçün qaydaların yumşaldılması ilə bağlı qanun layihəsinin rədd edilməsinə görə qəbul olunub.
Vəsatətə iyunun 4-də baxılacağı gözlənilir.
Qeyd edək ki, hökumətə əvvəlki etimadsızlıq cəhdi Sosialist Partiyasının təşəbbüsü ilə 2025-ci il fevralın 19-da edilib. Bu zaman isə solçular baş nazir Bayrunun ölkədə miqrantların üstünlüyü ilə bağlı açıqlamalarından narazı olublar.