Fransada “Sud Rail”in Həmkarlar İttifaqı dəmiryol işçilərini yay boyu tətilə çağırıb

05.06.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paris, 5 iyun, AZƏRTAC

“CGT-Cheminots” Həmkarlar İttifaqı iyunun 5, 6 və 11-də tətilə çağırış edib. Həmkarlar İttifaqları maaşların artırılmasını və sürücülərin iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

AZƏRTAC xəbər verir ki, “CGT-Cheminots” Həmkarlar İttifaqının çağırışından sonra “Sud-Rail” iyunun 12-si axşam saat 19:00-dan sentyabrın 1-dək tətil etməklə bağlı bildirişi açıqlayıb.

Bu bildiriş “Sud-Rail” tərəfindən ifadə edilən tələblərə qənaətbəxş cavabların olmamasından sonra verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью