Fransada tanınmış iş adamı təyyarə qəzasında öldü FOTO

20.06.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Ubisoft" şirkətinin həmtəsisçisi Klod Giyemo Fransada baş verən təyyarə qəzası nəticəsində dünyasını dəyişib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Tanınmış iş adamı "La Baule" klubunun toplantısına gedərkən onun idarə etdiyi "Cessna 421" markalı təyyarə Renn şəhəri yaxınlığında qəzaya uğrayıb.

Hava gəmisini 69 yaşlı sahibkar özü idarə edib. Qəza zamanı onunla birlikdə uçuş təlimatçısı da həyatını itirib.

Qəzada ölən iş adamı 1986-cı ildə "Ubisoft"u quran beş qardaşdan biridir. Şirkət qlobal miqyasda ən iri kompüter oyunları istehsalçılarından birinə çevrilib. O, həmçinin "Guillemot Corporation" şirkətinin baş direktoru postunu tutub və "Ubisoft"un Direktorlar Şurasında təmsil olunurdu.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью