Fransada terror aktı törətməyə çalışan yeniyetmə həbs edildi

22.06.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransa polisi terror aktı planlaşdırmaqda şübhəli bilinən 17 yaşlı yeniyetməni həbs edib.

Axar.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Bruno Retayo "LCI" telekanalına açıqlamasında məlumat verib.

"Ötən cümə günü Sarthe departamentində 17 yaşlı oğlan saxlanılıb. O, xüsusilə sinaqoqlarda və bayram tədbirlərində terror aktları törətməyi planlaşdırırdı", – deyə nazir bildirib.

Nazirin sözlərinə görə, saxlanılan şəxs terror aktının icrasına deyil, planlaşdırma mərhələsinə cəlb olunmuşdu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью