Fransada tozsoranlar partlayış təhlükəsi səbəbindən geri toplanılır

29.06.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransanın tanınmış "Silvercrest" elektrikli tozsoranlarında istehsal xətası aşkarlanıb.

Oxu.Az bu barədə "Sözcü" qəzetinə istinadla xəbər verir.

Bildirilir ki, istehsal xətası Fransanın bütün ərazisində satılan "Silvercrest" elektrikli tozsoranlarında təsbit edilib.

İstehsal xətasının partlayışa və yanğına səbəb ola biləcəyi qeyd edilir.

Bu səbəbdən sözügedən tozsoranların geri toplanmasına qərar verilib.

Müştərilər aldıqları məhsulları bu il avqustun 28-dək satış nöqtələrinə geri qaytarmalıdırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью