Fransada tramvayların toqquşması nəticəsində onlarla insan xəsarət alıb

11.01.2025

Report.az saytına istinadən Icma.az xəbər verir.

Fransanın Strasburq şəhərində tramvayların toqquşması nəticəsində azı 30 nəfər xəsarət alıb.

“Report” bu barədə yerli “Actu17” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, tramvaylardan biri digərinin yoluna çıxıb. Qəzada azı 30 nəfər yaralanıb, onlardan beşinin vəziyyəti ağırdır.

Nəşr hesab edir ki, qəzaya ilkin səbəb kimi açarların dəyişdirilməsində səhv ola bilər.

Vurğulanıb ki, Strasburq stansiyasında tramvay hərəkəti hər iki istiqamətdə dayandırılıb.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью