Fransada ümummilli tətil gözlənilir ABŞ dan xəbərdarlıq

04.11.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

ABŞ Dövlət Departamenti noyabrın 5-də Fransada keçirilməsi planlaşdırılan ümummilli tətil və etiraz aksiyaları ilə bağlı xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, tətil ölkənin bir neçə sektorunu, o cümlədən təhsil, səhiyyə, dövlət idarəçiliyi və ictimai nəqliyyat sahələrini əhatə edəcək.
Dövlət Departamenti Fransada olan ABŞ vətəndaşlarına ehtiyatlı olmağı, nümayiş və kütləvi toplantıların keçirildiyi ərazilərdən uzaq durmağı tövsiyə edib.
Həmçinin onlara vəziyyətlə bağlı son məlumatları əldə etmək üçün media və yerli informasiya mənbələrini izləmək məsləhət görülüb.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью