Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fransada bahalaşma və təhsil sistemindəki problemlərə qarşı başlayan etirazlar zorakılıq və talan hadisələri ilə nəticələnib. Paris başda olmaqla bir sıra şəhərlərdə mağazalar dağıdılıb, lüks brendlərin məhsulları oğurlanıb, minlərlə insan saxlanılıb.
“Yeni Sabah” xəbər verir ki, ölkədə baş verən hadisələr zamanı polis ilə etirazçılar arasında toqquşmalar yaşanıb, avtomobillər və zibil qutuları yandırılıb, bəzi ictimai binalara ziyan vurulub. Məlumata görə, Parisdə 855 nəfər saxlanılıb. Ölkə üzrə isə həftəsonu ərzində saxlanılanların sayı 2400-ü keçib. Ən azı 3 min müəssisənin dağıntı və talan hadisələrindən zərər gördüyü bildirilir.
Paris, Marsel və Bordo şəhərlərində “Louis Vuitton”, “Hermès”, “Dior” və “Rolex”, “Apple” kimi məşhur brendlərin mağazalarında talan hadisələri baş verib. Oğurlandığı ehtimal edilən çanta və saatların bəziləri artıq ikinci əl satış platformalarında yerləşdirilib. Dominos pizza
Fransanın rəqəmsal məsələlər üzrə naziri Anne Le Hénanff şübhəli elanların silinməsi üçün çağırış edib. İkinci əl satış platforması “Vinted” də oğurlanmış əşyalarla əlaqəli ola biləcək elanların yoxlanıldığını və silindiyini açıqlayıb.
Hadisələrdən sonra Parisin bəzi ərazilərində və Lion şəhərində küçəyə çıxmaq qadağası tətbiq olunub. Bordo, Lill və Nitsa şəhərlərində isə gecə saatlarında 18 yaşdan kiçik şəxslərin küçəyə çıxmasına məhdudiyyət qoyulub.
Fransa Prezidenti Emmanuel Makron zorakılıq və talan hadisələrini pisləyib. Hadisələr ölkədə siyasi gərginliyi də artırıb.
Ölkədə etirazların davam edəcəyi gözlənilir. Lisey və universitet tələbə təşkilatları cümə axşamı və şənbə günü yeni nümayişlər keçirməyə çağırış ediblər. 2018-ci ildəki “sarı jiletlilər” hərəkatını yenidən canlandırmaq istəyən fəallar da şənbə günü ölkə üzrə aksiyalar təşkil edəcəklərini bildiriblər.