Fransada yanğında 3 nəfər ölüb, 14 nəfər tüstüdən zəhərlənib

11.05.2026

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransanın Lion şəhəri yaxınlığında yaşayış binasında yanğın nəticəsində 3 nəfər ölüb, 14 nəfər tüstüdən zəhərlənib.

Bu barədə BFM TV məlumat yayıb.

Məlumata görə, hadisə Lion ətrafındakı Dekin kommunasında yeddi mərtəbəli binada baş verib.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, 50 nəfər təxliyə olunub.

Hadisə ilə bağlı Lion prokurorluğu istintaq başladıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью