Fransada yeni baş nazir: 73 yaşı var

13.12.2024

Publika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

73 yaşlı mərkəzçi Fransua Bayru Fransanın yeni baş naziri təyin edilib.

Publika.az xəbər verir ki, bu barədə dekabrın 13-də Yelisey Sarayı məlumat yayıb.

Baş nazir Mişel Barnierdən səlahiyyətlərinin Nazirlər Kabinetinin yeni rəhbərinə ötürülməsi mərasimi Matinyon sarayında keçiriləcək.

Qeyd edək k, Bayru əvvəllər təhsil naziri vəzifəsində çalışıb və 2002, 2007 və 2012 seçkilərində prezidentliyə namizəd olub.

Adəm Abbaslı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью