Fransadakı aksiyalarda saxlanılanların sayı 1,3 mini ötüb Nazirlik

26.10.2026

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransada etiraz aksiyaları zamanı saxlanılanların sayı 1,3 mini ötüb. SİA xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb. "Fransanın bütün ərazisi üzrə ümumilikdə 1314 nəfər saxlanılıb", - məlumatda deyilib.

Qeyd edək ki, Fransada etiraz aksiyaları sentyabrın sonunda təhsil sahəsindəki problemlərə görə orta məktəblərin yuxarı sinif şagirdlərinin keçirdiyi nümayişlərlə başlayıb və tədricən bütün ölkəni əhatə edib. Daha sonra nümayişçilər yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı çıxmağa başlayıblar.

Mətləb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью