Fransadakı aksiyalarda yarım milyondan çox adam iştirak edib

18.10.2026

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Oktyabrın 17-də Fransa daxilində artan yaşayış xərclərinə və yüksək yanacaq qiymətlərinə qarşı keçirilən kütləvi etiraz aksiyalarında təxminən 550 min insan iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Bildirilir ki, Paris, Marsel və bir sıra digər şəhərlərdə nümayişlər polislə toqquşmalara çevrilib.

Ölkə üzrə keçirilən etiraz aksiyalarında isə yüzlərlə insan saxlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью