Fransadakı futbol matçında irqçiliyə görə araşdırma başlayıb

27.11.2024

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Fransa prokurorları həvəskar komandalar arasında keçirilmiş futbol matçındakı irqçiliklə bağlı araşdırmaya başlayıb.

"Report" xəbər verir ki, bu barədə yerli "RMC Sport" agentliyi məlumat yayıb.

Hadisə "Kruazes de Bayonn" və "Etual Bearnez" kollektivləri arasındakı oyunda yaşanıb.

Azarkeşlər birincilərin 17 yaşlı oyunçusunu təhqir ediblər və meymun səsi çıxarıblar.

Prokurorlar mətbuatda yayılan məlumatlardan sonra araşdırmaya start veriblər. Bu məsələyə görə 1 il həbs və 15 min avro cərimə nəzərdə tutulur.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью