Fransadakı Grevin mum muzeyindən Makronun heykəli oğurlanıb

02.06.2025

Dogru.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

BFMTV xəbər verir ki, Parisdəki Qrevin mum muzeyindən Fransa lideri Emmanuel Makronun heykəli oğurlanıb.

“Emmanuel Makronun mumdan hazırlanmış heykəli 2 iyun bazar ertəsi səhər saatlarında Parisin 9-cu rayonundakı Qrevin muzeyindən oğurlanıb”, – nəşr qeyd edib.

Telekanalın məlumatına görə, iki qadın və iki kişi özlərini turist kimi təqdim edərək muzeyə daxil olublar.

Onlar əvvəllər 40 min avro dəyərində olan heykəli yorğan altında gizlədərək oğurlamışdılar. Daha sonra cinayətkarlar təcili çıxışdan keçərək qaçıblar.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью