Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Fransadan Aİ büdcəsinə töhfə çağırışı.
Banco.az xəbər verir ki, “Politico”nun məlumatına görə, Aİ-yə üzv ölkələrin nümayəndələri bu gün İttifaqın gələcək büdcəsi ilə bağlı qapalı iclas keçiriblər.
İclasda Fransanın Aİ yanında daimi nümayəndəsi Filip Leqliz-Kosta yeni Aİ vergilərindən əldə olunacaq gəlirlər üzrə 60 milyard avrodan çox hədəf müəyyənləşdirilməsinin vacibliyini müdafiə edib.
Fransa Aİ büdcəsində “öz resursları” adlandırılan yeni gəlir mənbələrindən əldə olunacaq vəsaitlərin müdafiə və rəqabət qabiliyyəti kimi prioritet istiqamətlərə yönəldilməsini istəyib.
Lakin bu hədəf bir sıra üzv ölkələr tərəfindən yüksək hesab olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!