Fransadan Çinə konyak ixracı 75 faiz azalıb AZƏRTAC

19.01.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 19 yanvar, AZƏRTAC

2024-cü ilin dekabrında Fransadan Çinə konyak ixracı 75 faiz azalıb.

AZƏRTAC xəbər verir ki, faktı Boursier.com saytı rəsmi mənbələrə istinadla yayıb. Bununla da, ABŞ fransız şərab istehsalçılar üçün əsas bazara çevrilib. Hesabat dövründə okeanın o tayına konyak ixracı təxminən 30 faiz artıb.

Lakin, bu artım ABŞ-da spirtli içki istehlakının artması kimi başa düşülməməlidir. Sadəcə olaraq, böyük idxalçılar gömrük rüsumlarının ehtimal olunan artmasına görə ehtiyatlarını artırırlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью