Fransadan İngiltərəyə yollandı

13.07.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

“Lids” heyətini yeni oyunçu ilə gücləndirib.

Premyer-liqaya yüksələn komanda “Lill”dən Qabriel Gudmundssonu transfer edib. Bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
“Lids” isveçli müdafiəçi üçün Fransa klubuna 11 milyon avro təzminat ödəyəcək. 26 yaşlı  futbolçu ilə müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
İsveç millisinin üzvü ötən mövsüm Liqa 1 təmsilçisinin heyətində keçirdiyi 45 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью