Fransadan İran xəbərdarlığı

11.03.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransanın xarici işlər naziri Jan-Noel Barro ABŞ və İsrailin İrana qarşı hücumları ilə bağlı danışıb. 

O, "Bu müharibəni bəyənmədik və ona qatılmadıq", - deyib.

"Cebheinfo.az" xəbər verir ki, Barro qonaq olduğu "France 2" kanalı və "France Inter" radiosunun birgə proqramında Yaxın Şərqdəki son hadisələri qiymətləndirib.

ABŞ-İsrailin İrana hücumlarına toxunan Barro "Bu müharibəni bəyənmədik və qatılmadıq. Bəyənmirik və qatılmayacağıq" ifadələrini işlədib.

Barro bölgədə hərbi gərginliyin sürətlə azaldılması və qarşıdurmaların dayandırılması çağırışını edərək, dizel və benzin qiymətlərindəki artımın dünya iqtisadiyyatı üçün risk daşıdığını vurğulayıb.

İranın bölgədəki mövqeyini tamamilə dəyişməsi gözləntisini dilə gətirən Barro "İrandan sabitliyi pozan və təhlükəli bir güc olmaqdan vaz keçməsini gözləyirik", - deyə bildirib.

Barro gəmilərin sərbəst hərəkətinin dəniz hüququ çərçivəsində olduğunu müdafiə edərək, Hürmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyini təmin etmək üçün xüsusi bir missiya yaratmaq istədiklərini ifadə edib.

Bir çox ölkənin Hürmüz boğazının təhlükəsizliyini təmin etmək üçün beynəlxalq müdafiə missiyasına qatılmağa maraq göstərdiyini deyən nazir bunlar arasında Avropa və bölgə ölkələrinin də olduğunu qeyd edib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью