Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq. Fransa Fələstin dövlətini tanımağa hazırlaşır.
Bunu Fransa Prezidenti Emmanuel Makron deyib. Məlumata görə, bu, iyunda Səudiyyə Ərəbistanı ilə birgə keçiriləcək konfransda reallaşa bilər.
Bəs görəsən, Fransanın belə bir addım atmasının araxında hansı gizli məqamlar dayanır?
Makronun bu açıqlaması Fransa-İsrail münasibətlərinə necə təsir göstərəcək? Mövzunu KONKRET.az-a politoloq Turan Rzayev şərh edib.
“Fələstinin müstəqilliyinin tanınması məsələsi beynəlxalq hüquqla tamamilə normal qarşılanmalıdır.
Çünki Fələstin dövləti var və onun müstəqilliyi bəzi ölkələr tərəfindən artıq tanınıb.
Ümumiyyətlə, beynəlxalq birlik tərəfindən Fələstinin müstəqilliyinin tanınması vacibdir.
Fransanın bu istiqamətdə atacağı addımlar Fələstin aspektindən tamamilə normal qarşılana bilər.