Fransadan olan təxribatçıların pozucu fəaliyyətləri bu gün Avropa Parlamentini başdanayağa öz cənginə alıb POLITOLOQ

20.12.2024

Sonxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Fransadan olan təxribatçıların pozucu fəaliyyətləri bu gün Avropa Parlamentini başdan-ayağa öz cənginə alıb" – POLITOLOQ

Avropa Parlamentinin 2024-cü il 19 dekabr tarixli plenar iclası ölkəmizə qarşı növbəti qətnamənin qəbulu ilə yadda qaldı. Qətnamədə adəti üzrə saxta məlumatlara və rəqəmlərə istinad edilir, reallıqlar təhrif edilir, qanunların pozulmasına gətirib çıxarmış cinayət əməllərinin təhqiqatına siyasi don geyindirilməyə cəhd göstərilir.

Bəs görəsən Azərbaycan bu təxribatları necə dəyərləndirir?

Mövzu ilə bağlı politoloq Tural İsmayılov Sonxeber.az – a açıqlama verib:

"Avropa parlamenti bütün siyasi əxlaq normalarını itirən, diplomatiyanın və siyasi etiket normalarının qayda-qanunlarından bixəbər olan insan sürüsündən ibarət bir təşkilata çevrilib. Təəssüflər olsun ki, özəlliklə Fransadan olan təxribatçıların pozucu fəaliyyətləri bu gün Avropa parlamentini başdan-ayağa öz cənginə alıb. Faktlara əsaslanan reallıqların deyil, öz əlaltıları olan nüfuz agentlərinin uydurma böhtanlarının dırnaqarası iclaslara, bəyənnatlara, hesabatlara daxil edilməsi Avropa parlamentinin bir təşkilat olaraq sıradan çıxdığını və nə qədər rəzil bir durumda olduğunu göstərir. Bu gün Avropa parlamenti Azərbaycan əleyhinə dırnaqarası qətnamələr qəbul edərək ölkəmizin gücünü həzm edə bilmədiyini nümayiş etdirir. Hesab edirəm ki, erməni lobbi təşkilatlarının əlində oyuncağa çevrilən, dezinformasiya yuvası olan Avropa parlamenti heç bir siyasi nüfuzu və çəkisi olmayan bədbəxtlər yığınına çevrilib. Bu baxımdan da Avropa parlamentinin dırnaqarası qətnamələrinin bizim üçün heç bir əhəmiyyəti ola bilməz".

Çiçək Sadatova


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью