Fransalı aktrisa Bricit Bardo əməliyyat olunub

17.10.2025

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransız aktrisa Bricit Bardo artıq üç həftədir ki, Tulon şəhərindəki özəl xəstəxanada müalicə alır.
APA xəbər verir ki, bu barədə "Nice-Matin" nəşri məlumat yayıb.

Məlumata görə, Bardo “ağır xəstəliklə bağlı” əməliyyat olunub, lakin detallar açıqlanmayıb. Aktrisanın bir neçə günə xəstəxanadan buraxılması planlaşdırılsa da, onun vəziyyəti hələ də narahatlıq doğurur.
Qeyd edək ki, Bardo 28 sentyabrda 91 yaşını qeyd edib.

1952-ci ildə o, aktyor və rejissor Rojer Vadim ilə evlənib və bir neçə filmində rol alıb. 1957-ci ildə cütlük boşanıb.
1992-ci ildən isə Bardo siyasətçi Bernar d’Ormal ilə evlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью