futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fransalı müdafiəçi Malo Qusto “Çelsi”dən ayrıla bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
“Mançester Siti” arxa xətt oyunçusunu transfer etmək istəyir. London klubunun Qusto üçün tələb etdiyi məbləğ 75 milyon funt-sterlinqdir. “Şəhərlilər” məbləğin yüksək olduğunu düşünür və hələlik konkret danışıqlara başlamayıb.
“Mançester Siti” məbləğin endirilməsi mümkün olacağı halda, “zadəganlar”la masaya oturacaq.
Qusto Fransa milli komandasının da üzvüdür. O, 2023-cü ildən “Çelsi”nin formasını geyinir.