Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Avropanın İran xalqının mübarizəsini əməli şəkildə dəstəkləməsini təmin etmək üçün Avropa Parlamentində mübarizə aparacağıq”.
Teleqraf xəbər verir ki, bunu İranın keçmiş şahının oğlu Rza Pəhləvi ilə görüşündə Avropa Parlamentinin fransalı üzvü Fransua-Xavyer Bellami deyib.
Avropa Parlamentində Fransanı təmsil edən Nadine Morano da İran xalqının onilliklər boyu dini rejimin hakimiyyəti altında yaşadıqdan sonra Rza Pəhləvinin rəhbərliyi ilə ölkəsini azad edəcəyinə ümid etdiyini bildirib.
Avropa Xalq Partiyasının fraksiyası isə bəyan edib: “İranın və Avropanın taleyi bir-birinə bağlıdır. İslam Respublikasının devrilməsi ilə təkcə İran xalqı azad olmayacaq, həm də Avropanın təhlükəsizliyi və azadlığı üçün ciddi təhdid aradan qalxacaq”.