Fransalı diplomatın Təl Əvivə planlaşdırılan səfəri ləğv edildi

01.04.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail Fransanın silahlı qüvvələr və veteranlar üzrə nazirin nümayəndəsi Alis Rufonun Təl-Əvivə planlaşdırılan səfərini ləğv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Bildirildiyinə görə, bu qərar rəsmi Parisin Amerika Birləşmiş Ştatlarına məxsus olan və İsrailə silah daşıyan təyyarələrin Fransa hava məkanından keçməsinə icazə verməməsi fonunda qəbul olunub.

Səfərin bazar günü həyata keçirilməsi planlaşdırılırdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью