Fransalı futbolçu cərimələnə bilər

25.02.2025

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Milan”ın Çempionlar Liqasında mübarizəni dayandırması rəhbərliyi qəzəbləndirib.

"Football-plus.az" xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
İtaliya klubu pley-offun ilk oyununda “Feyenoord”a uduzub (0:1), cavab görüşündə isə heç-heçə qeydə alınıb (1:1). Nəticədə “Milan” turnirlə vidalaşıb.
Klub rəhbərliyini xüsusilə də sol cinah müdafiəçisi Teo Ernandesin oyunu məyus edib. O, cavab oyununda “Milan” 1:0 hesabı ilə öndə olarkən qırmızı vərəqə alıb. Sonra isə “Feyenoord” hesabı bərabərləşdirib. Fransalı futbolçu bu səbəbdən cərimələnə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью