futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
“Ştutqart”ın futbolçusu Enzo Milyonun yeni ünvanı məlum olub.
Futbolpress.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi “Əl Əhli”yə keçib. Bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb. Fransalı oyunçu ilə 3 illik müqavilə imzalanıb.
“Ştutqart” Milyonun satışından 28 milyon avro qazanıb.
Fransalı futbolçu ötən mövsümdə Bundesliqada 29 oyunda 6 qol vurub, 5 məhsuldar ötürmə edib.