Icma.az, Idmanxeber.az portalına istinadən məlumat verir.
Adrien Rabio karyerasını “Milan”da davam etdirəcək.
İdmanxeber.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi “Marsel”dən ayrılaraq italiyalılarla 2028-ci ilədək müqavilə imzalayıb. Razılaşmada +1 illik uzatma şərti də var.
Rabio yeni klubunda illik 3,5 milyon avro qazanacaq, “Milan” Çempionlar Liqasına vəsiqə əldə edərsə, maaşı 4 milyon avroya yüksələcək.