Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Mayk Menyan ciddi xəsarət alıb.
“Milan”ın qapıçısı A seriyasının 32-ci turunun “Udineze” ilə matçında (4:0) komanda yoldaşı Aleks Ximeneslə toqquşub. Toqquşmadan sonra fransalı qapıçı qazona yıxılaraq huşunu itirib. Meydandan xərəkdə çıxarılan 29 yaşlı futbolçu müayinə üçün xəstəxanaya aparılıb.
Yeri gəlmişkən, Mayk bu mövsüm bütün turnirlərdə 44 oyun keçirib, 11 matçda qapısınını toxunulmaz saxlayıb.