Fransalı hərbçi Makronun çıxışına belə etiraz etdi VİDEO

30.11.2025

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransada prezident Emmanuel Makronun Silahlı Qüvvələrin genişləndirilməsi ilə bağlı çıxışı zamanı maraqlı hadisə baş verib.

Modern.az xəbər verir ki, BFMTV-nin məlumatına görə, tədbirdə iştirak edən fransız hərbçilərdən biri prezidentin nitqini dinlədikdən sonra dərin nəfəs alaraq səhnəni tərk edib.

Kadrlarda hərbçinin əvvəlcə Makronu diqqətlə dinlədiyi, daha sonra isə gözlənilmədən səhnədən uzaqlaşdığı görünür.

Hadisə 27 noyabrda prezidentin İzer departamentində yerləşən hərbi bazada çıxışı zamanı baş verib. Makron həmin çıxışında Fransada gənclər üçün könüllü hərbi xidmətin tətbiq ediləcəyini elan edib. Prezident qeyd edib ki, bu addım ölkənin qarşıda duran “çağırış və təhdidlərə” cavab verməsi üçün nəzərdə tutulub və mövcud müqaviləli-peşəkar hərbi xidmət modelini tamamlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью