Fransalı hərbçilər Ukraynada qanuni hədəfdir Rusiya XİN

18.11.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransa hökuməti Ukrayna ərazisində öz hərbi heyətinin mövcudluğunu rəsmən təsdiqləyib.

“Yeni Sabah” Le Figaro-ya istinadla xəbər verir ki, Fransa Silahlı Qüvvələrinin nümayəndəsi Alis Rufo kiçik hərbçi qrupun  döyüş əməliyyatlarında iştirak etmədiyini deyib.

Onlar cəbhə xəttindən xeyli uzaq məsafədə ukraynalı əsgərlərə hərbi təlimlərin keçirilməsi və Fransa istehsalı olan müxtəlif silah sistemlərinin, o cümlədən artilleriya qurğularının və təyyarələrin texniki təmiri işlərini həyata keçirirlər. Bakıda online alış-veriş

Rusiya XİN Fransa hərbi heyətinin Ukraynada yerləşdirilməsini sadəcə yardım deyil, Parisin müharibədə birbaşa iştirakı kimi qiymətləndirib. O, həmin hərbçilərin Rusiya ordusu üçün qanuni hədəfə çevriləcəyini bəyan edib. 

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью