Fransalı hücumçu Almaniya klubundan getmək istəyir

20.05.2025

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Frankfurt "Ayntraxt"ının hücumçusu Uqo Ekitike bu yay klubunu dəyişmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sport"un jurnalisti Patrik Berger məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Ayntraxt"ın Çempionlar Liqasına vəsiqə qazanması belə 22 yaşlı fransızı fikrindən yayındarmayıb. Alman klubu ona 100 milyon avro qiymət qoyub.

Qeyd edək ki, Ekitiike 2024-cü ilin yayında PSJ-dən "Ayntraxt"a keçib. Bundan əvvəl o, bu komandada icarə əsasında çıxış edib. Fransalı forvard bu mövsüm bütün turnirlərdə 48 oyun keçirib, 22 qol vurub və 12 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью