Fransalı məmurlara yeni qadağalar tətbiq olunur

28.01.2026

Icma.az, Reyting.az saytına istinadən bildirir.

Fransa hakimiyyəti dövlət qulluqçularına ABŞ-a məxsus videokonfrans platformaları - "Google Meet", "Zoom" və "Microsoft Teams"dən istifadəni yaxın vaxtlarda rəsmi qərarla qadağan edəcək.

Reyting.az xəbər verir ki, bu barədə "Politico" nəşri fransalı hökumət nümayəndəsinə istinadla məlumat yayıb.

Bildirilir ki, Fransada buna ciddi hazırlıqlar getdiyi bir vaxtda ölkənin baş naziri və baş nazirin dəftərxanası öz məmurlarına videokonfranslar keçirmək məqsədilə yerli "Visio" platformasından istifadə etmələrini tapşıracaq. Məlumata görə, bu qadağalar Avropada ABŞ xidmətlərindən artan asılılıqla bağlı narahatlıqlar fonunda tətbiq olunur.

"Politico" nəşri xatırladıb ki, Fransa ilk dəfə 2025-ci ilin yayında məmurlarına "WhatsApp"dan, "Telegram"dan tamamilə imtina etmək barədə göstəriş vermiş, daha sonra isə dövlət qulluqçuları üçün nəzərdə tutulan "Tchap" messencerindən istifadəni məcburi qayda kimi tətbiq etmişdi.

Oqtay QORÇU


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью