Fransalı milyarderin Azərbaycandakı çoxmilyonluq şirkəti ləğv edilir

27.11.2024

Icma.az, Manset portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransanın məşhur “Christian Dior Couture” brendi Azərbaycandakı şirkətini ləğv edib.

Manset.az Modern.az-a istinadən xəbər verir ki, məşhur moda şirkəti ləğv edildiyini elan edib.

Şirkət kreditorlara müraciət edərək bildirib ki, iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr küçəsi, ev 105 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Christian Dior Couture” əsasən "Dior" kimi tanınır və fransalı milyarder Bernard Arnault tərəfindən idarə olunur. Şirkətin Azərbaycandakı nümayəndəliyinin nizamnamə kapitalı 7.7 milyon manatdan artıqdır. Şirkətin qanuni təmsilçisi Bernard Vincent Simon Pierredir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью