Fransalı motosikletçi yarış zamanı qəzada öldü

13.01.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Fransalı motosikletçi Rafael Şole "Gurp TT" yarışı zamanı baş verən qəzada aldığı xəsarətlərdən vəfat edib.

Avtosfer.az "Lille Actu" nəşrinə istinadən xəbər verir ki, digər iştirakçılardan biri Şoleni vurub və o, motosikletdən yıxılıb.

Hadisə ilə əlaqədar yarış dərhal dayandırılıb. Ağır vəziyyətdə helikopterlə xəstəxanaya çatdırılan idmançının həyatını xilas etmək mümkün olmayıb.

21 yaşlı motosikletçi ardıcıl ikinci il idi ki, qum traslarında Fransa çempionatında iştirak edirdi.

Qeyd edək ki, bu, ölkədə təşkil olunan yarışlarda baş verən ilk faciəvi hadisə deyil. 2019-cu ildə La-Boss-de-Bretandakı yarışda 23 yaşlı Boris Prüdom həyatını itirib.

Oxunub 44

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью