Fransalı müdafiəçi Mançester Yunayted və Liverpul un hədəfində

08.10.2026

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bornmut"un müdafiəçisi Adrien Truffert İngiltərə Premyer Liqasının nəhəng klublarının transfer siyahısına düşüb.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" və "Liverpul" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə "TEAMtalk" proqramında məlumat verilib.

Klubu Trufferti satmağın əleyhinə deyil. "Albalılar"ın rəhbərliyi 24 yaşlı sol cinah müdafiəçisi üçün 70 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, "Bornmut" Adrien Trufferti 2025-ci ilin yayında "Renn"dən 13,5 milyon avroya transfer edib. Fransa millisinin üzvü cari mövsümdə "qara-qırmızılar"ın heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью