Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əgər qitədə alternativ imkanlar mövcud deyilsə, Avropa ölkələri Amerika Birləşmiş Ştatları (ABŞ) istehsalı olan silahları aldığına görə tənqid edilə bilməz.
AZƏRTAC xəbər verir ki, bunu Fransanın silahlı qüvvələr naziri Katerin Votrən “L’Express” jurnalına müsahibəsində bildirib.
O, həmçinin ABŞ-dən asılılığı azaltmaq üçün Avropada silah istehsalının gücləndirilməsini dəstəkləyib.
Nazir Avropada silah istehsalının artırılmasının və bu məsələ ilə bağlı müvafiq strategiyanın hazırlanmasının vacib olduğunu deyib.