Fransalı nazir istefa ərizəsini yazdı

19.10.2026

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Fransanın daxili işlər naziri Loran Nunyes Prezident Emmanuel Makrona istefa ərizəsi təqdim edib.

BAKU.WS xəbər verir ki, o bunu Fransada baş tutan kütləvi aksiyalar səbəbindən edib.

Makron isə həmin ərizəni qəbul etməyib.

"Mövcud şəraitdə hüquq-mühafizə orqanları üzərində nəzarətin qorunub saxlanılması zərurətini nəzərə alaraq, Prezident nümayişlər zamanı baş verən çoxsaylı zorakılıq hallarından sonra güclü təzyiq altında olan Loran Nunyesin istefasını rədd edib", - deyə qeyd edilib.

Xatırladaq ki, oktyabrın 17-də Fransada genişmiqyaslı nümayişlər olub. Paris də daxil olmaqla, Lion, Marsel, Tuluza, Lill, Strasburq, Limoj, Bordo və Qrenobl küçələrinə 550 min nümayişçi çıxıb. Onlardan təqribən 1800 nəfəri iğtişaşlar və talanlarda iştirak etdikləri üçün polis tərəfindən saxlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью