Icma.az bildirir, Azvision saytına əsaslanaraq. Bunu Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro RTL radiosunun efirində deyib.
Avropa nala-mıxa vurdu: Mövqelər Diplomat vurğulayıb ki, Avropa ölkələri Ukraynaya sülh sazişinə əməl olunacağına zəmanət verməli və münaqişənin həlli üçün gələcəkdə baş tutacaq danışıqlarda da iştirak etməlidir.
Barronun fikrincə, buna yalnız Avropa hərbi qüvvələrinin Ukrayna ərazisinə göndərilməsi ilə nail olmaq olar.
Siyasətçi qeyd edib ki, bu məsələ hələlik aktual deyil, çünki indi yalnız hərbi əməliyyatların bitməsini gözləmək lazımdır.
"Əgər bir gün Avropa Birliyi (AB), ABŞ və ya digər ölkələrin qoşunları Ukraynaya yerləşdirilərsə, bu, onların döyüşə göndərilməməsi deyil, sülhün qorunmasının təminatçısı kimi olmalıdır",- Barro qeyd edib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb.
Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib.
Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı.