Fransalı nazir: Rusiyanın aktivlərinin müsadirəsi beynəlxalq hüquqa ziddir

04.03.2025

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi Fransa və Avropa İttifaqı (Aİ) tərəfindən beynəlxalq hüququn pozulması demək olacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Erik Lombar “France Info” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, Fransanın mövqeyi ondan ibarətdir ki, bu aktivlər xüsusilə Rusiya Mərkəzi Bankına məxsusdur.

"Xatırlatmaq istərdim ki, biz Rusiya ilə müharibə vəziyyətində deyilik", - Lombar bildirib.

Onun fikrincə, Ukrayna münaqişəsinin həllinə dair sazişdə nəzərdə tutulacağı təqdirdə bu aktivlərin bir hissəsi istifadə edilə bilər. "Lakin onlar müsadirə edilə bilməz", - nazir vurğulayıb.

“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью