Fransalı siyasətçidən ÇAĞIRIŞ: Təcili şəkildə növbədənkənar seçki keçiriləcək?

25.02.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Qalx, Fransa" partiyasının lideri Nikolya Düpon-Enyan Fransa Prezidenti Emmanuel Makronun ABŞ-yə səfəri zamanı baş verənləri rüsvayçılıq adlandırıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə o, "X" hesabında yazıb.

Siyasətçi Fransa liderinin avtomobili Ağ Evə yaxınlaşarkən ABŞ Prezidenti Donald Trampın onu qarşılamaqdan imtina etməsini şərh edib.

"Bu qədər il xidmət etdikdən sonra necə alçaldıcı vəziyyətdir... Fransa sərbəst düşünməyi dayandırdıqda, görün nəticəsi nə olur", - deyə Nikolya Düpon-Enyan paylaşımda bildirib.

Düpon-Enyan həmçinin müstəqil Fransanın qurulması üçün ölkədə təcili şəkildə növbədənkənar prezident seçkisinin təşkil edilməsinə də çağırış edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью