Fransalı tanınmış futbolçu Litva klubunun sahibi olub

21.04.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 21 aprel, AZƏRTAC

Səudiyyə Ərəbistanının "Əl-İttifaq" komandasının futbolçusu Mussa Dembele özünə klub alıb.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı hücumçu Litvanın "Miniya" klubunun sahibi olub.

Hazırda Litva II Liqasında mübarizə aparan komanda 5 turdan sonra 6 xalla 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Mussa Dembele "Seltik" (Şotlandiya), "Fulhem" (İngiltərə), "Atletiko Madrid” (İspaniya) və “Lion”dakı (Fransa) çıxışları ilə tanınır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью