Fransalı üzgüçülər Paris olimpiadasının medallarının keyfiyyətindən şikayətləniblər

30.12.2024

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Fransalı üzgüçülər Kleman Sekki ilə Yohann Ndoy Bruar Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarının medallarının keyfiyyətindən şikayətləniblər.

"Report"un məlumatına görə, idmançılar olimpiadada qarışıq estafet yarışında qazandıqları mükafatın fotolarını yayımlayıblar.

Onlar medalların hazırkı vəziyyətini göstərərək keyfiyyətini ələ salıblar. Yohann Ndoy Bruar "Paris 2024" əvəzinə "Paris 1924" yazıb, Sekki isə medalları "timsah dərisi" adlandırıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью