Fransalı velosipedçi Rusiyada cərimələndi

23.10.2025

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın Primorsk vilayətinin Sərhəd Dairə Məhkəməsi fransalı velosipedçi Sofian Sehilini sərhədi qanunsuz keçməkdə təqsirli bilib.

Gununsesi.info rus mediasına istinadən xəbər verir ki, velosipedçi 50 min rubl cərimələnib, lakin həbsdə olduğu müddətə görə ödənişdən azad edilib və məhkəmədə sərbəst buraxılıb.

Qeyd edək ki, 44 yaşlı velosipedçi Avrasiyada velosiped sürmək üzrə dünya rekordunu qırmaq məqsədilə iyulun 1-də Lissabon yaxınlığından yola çıxmışdı. O, 16 min kilometr məsafəni və 17 ölkəni qət etməyi planlaşdırırdı.

Gülxanım

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью