Fransalıya görə “Barselona” məhkəməyə verildi

13.02.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Agent İsaak Lopez “Barselona”nı məhkəməyə verib.

Futbolpress.az xəbər verir ki, o, müdafiəçi Jül Kundenin transferində iştirakına görə Kataloniya klubundan pul tələb edir. Lopez iddia edir ki, o, vasitəçi kimi çıxış edib və komissiyadan öz payını almalı idi. Agent məhkəməyə apardığı işin sübutunu təqdim edib. “Barselona” Lopezə olan borcunu qəbul etmir. “Katalanlar” bu adamın sövdələşmədə iştirak etmədiyini iddia edir.

Jül Kunde 2022-ci ilin yayında “Barselona”ya keçib. Müdafiəçi əvvəllər “Sevilya”da çıxış edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью