Fransanda qasırğadan sonra 450 min evin elektrik təchizatı hələ də bərpa olunmayıb

13.02.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 12 fevral, AZƏRTAC

“Nils” qasırğasından sonra Fransanda təxminən 450 min evin elektrik təchizatı hələ də bərpa olunmayıb.

AZƏRTAC xəbər verir ki, “Le Figaro” qəzetinin məlumatına görə, Fransanın “Enedis” elektrik paylama şirkəti qasırğadan sonra 900 min müştərinin təxminən yarısının elektrik təminatını bərpa edib. Şirkət əlavə edib ki, problemi həll etmək üçün 3 min mütəxəssis səfərbər olunub.

Fransa meteorologiya xidmətinin məlumatına görə, hazırda “Nils” qasırğası Korsikaya çatsa da, tədricən zəifləməyə başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью