Fransanı su basdı, polislər Titanik musiqisi ilə küçələrdə gəzdi VİDEO

28.06.2025

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fransada yaşanan güclü fırtına insanların gündəlik həyatında ciddi çətinliklər yaradıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, gecə Fransanı vuran şiddətli tufan və yağış nəticəsində ğaclar, elektrik xətləri aşıb, küçə və prospektləri sel suları basıb, 100 min ev işıqsız qalıb.

Rəsmi qurumların məlumatına görə, təbii fəlakət nəticəsində 2 nəfər həlak olub, 17 nəfər yaralanıb.

Paytaxt Parisdə metro stansiyaları da su basıb. Seldən sonra Paris küçələrində polislər xidməti avtomobildə "Titanik" filminin musiqisi səsləndirərək gəziblər.

Vətəndaşlardan biri tərəfindən çəkilən video bütün dünyada gündəm olub.

Billurə Yunus

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью