Fransanı tərk edib İtaliyada qərar tutdu

10.06.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

“İnter” hücum xəttini gücləndirib.
"Football-plus.az" xəbər verir ki, İtaliya klubu “Marsel”dən Luis Enrikeni transfer edib. Milan təmsilçisinin mətbuat xidmətinin məlumatına görə, Enrike ilə 5 illik müqavilə imzalanıb.
“İnter” braziliyalı vinger üçün Fransa klubuna 25 milyon avro təzminat ödəyəcək.
2022-ci ilin yayından “Marsel”də çıxış edən 23 yaşlı futbolçu ötən mövsüm komandada meydana çıxdığı 35 rəsmi matçda 9 qol vurub və 10 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью