Fransanın 27 departamentində yüksək yanğın xəbərdarlığı elan edilib

20.07.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Fransada meşə yanğınları mövsümünün ötən ildən daha tez başladığı və ilin əvvəlindən bəri minlərlə hektar ərazi yanğınlar nəticəsində məhv olduğu üçün 27 departamentində yüksək yanğın xəbərdarlığı elan edilib. Dünən cənub-şərqi Var departamentində baş verən meşə yanğınları hələ də söndürülməyib . 

Yerli medianın məlumatına görə, yanğınlarla mübarizə davam edir. Bu ilin əvvəlindən bəri ölkədə 32 min hektardan çox ərazi yanıb.

Var departamentin yanğınları söndürmək üçün 600-dən çox yanğınsöndürən cəlb edilib. Havadan və yerdən yanğınsöndürmə işləri gecə boyu davam edib. Departamentin prefekturasından X sosial şəbəkəsində dərc olunmuş açıqlamada bildirilir ki, episentri Tarado kommunasında olan yanğın dünəndən bəri 200 hektardan çox ərazini yandırıb və 10 kəndi əhatə edib.

Bundan əlavə, Korsika adasında iyulun 12-də Yuxarı Kors departamentində başlayan iki meşə yanğını hələ də söndürülməyib.

Bildirilib ki, anormal istilər səbəbindən Fransanın cənub-şərqindəki altı departamentində narıncı hava xəbərdarlığı qüvvədədir.

P.ƏMİRCANOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью