525.az saytına istinadən Icma.az xəbər verir.
Fransanın güclü yağışdan zərər çəkmiş 5 əyalətində daşqın gözlənilir.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın MeteoFrance meteorologiya agentliyi Herault, Aveyron və Aude əyalətlərində, eləcə də Korsikanın iki əyalətində güclü yağışlar olacağı barədə xəbərdarlıq edib.
İki gün davam edəcəyi gözlənilən yağışlar səbəbindən bu əyalətlər üçün daşqın xəbərdarlığı edilib və xəbərdarlıq səviyyəsi “narıncı”ya yüksəlib.
MeteoFrance, yağıntının səviyyəsinin Herault əyalətinin dağlıq bölgələrində 220 millimetrə, digər əyalətlərdə isə 150 millimetrə çata biləcəyini bildirib.
Herault əyalətinin Monpelye şəhərində güclü yağışa qarşı tədbir olaraq parklar və bağlar ziyarətçilər üçün bağlanıb.
İbrahim Cəfərov