Fransanın 65 illik hərbi mövcudluğu başa çatdı

19.07.2025

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransa iyulun 17-də Seneqaldakı son hərbi bazalarını rəsmən təhvil verib və bu ölkədə 65 illik mövcudluğuna son qoyub.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Seneqal Qərbi Afrikada Fransanın daimi hərbi mövcudluğunu saxladığı sonuncu ölkə idi.

Qərbi Afrika ölkəsindəki ən böyük Fransız bazası Camp Gale və onun Dakar hava limanındakı bazası yüksək rütbəli Fransa və Seneqal rəsmilərinin iştirak etdiyi mərasimlə təhvil verilib. 

Bununla da Fransa ordusu Qərbi və Mərkəzi Afrikada daimi bazasız qalıb. 

Ağarza Elçinoğlu 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью